logo

UEFA Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli olub

09:59 15-03-2024 | icon 1442
UEFA Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli olub

Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn bütün komandaların adına aydınlıq gəlib.

YeniAvropa xəbər verir ki, sonuncu dörd kollektiv də 1/4 finala vəsiqə qazanıb.

Bunlar "Aston Villa" (İngiltərə), "Brügge" (Belçika), "Lill" (Fransa) və "Olimpiakos" (Yunanıstan) komandalarıdır.

Daha əvvəl "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Viktoriya Plzen" (Çexiya) komandaları adlarını dörddəbir finala yazdırıblar.