logo

UEFA Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb

02:29 15-03-2024 | icon 2387
UEFA Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer"in qonağı olub.

"BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. "Köhlən atlar" 62-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.