logo

UEFA Avropa Liqası: “Bayer” və “Qarabağ”ın start heyətləri açıqlanıb

21:51 14-03-2024 | icon 749
UEFA Avropa Liqası: “Bayer” və “Qarabağ”ın start heyətləri açıqlanıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Almaniyada üz-üzə gələcək "Bayer" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

YeniAvropa  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Bayer": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka. Baş məşqçi: Xabi Alonso.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo. Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, "BayArena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.