logo

Sinoptiklərdən güclü külək, şimşək, yağış və qar xəbərdarlığı

18:34 14-03-2024 | icon 2128
Sinoptiklərdən güclü külək, şimşək, yağış və qar xəbərdarlığı

Milli Hidrometeorologiya Xidməti bölgələrdə hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən YeniAvropa-ya  bildirilib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 metr/saniyəyədək güclənəcək.

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.