logo

Belarusdan Avropa İttifaqına keçmək istəyən 3,2 min yük maşını növbə gözləyir

15:35 14-03-2024 | icon 1526
Belarusdan Avropa İttifaqına keçmək istəyən 3,2 min yük maşını növbə gözləyir

Belarusdan Avropa İttifaqına keçməyə çalışan təxminən 3,2 min yük maşını nəzarət-buraxılış məntəqələrində növbəyə düzülüb.

YeniAvropa xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, bu, ilin əvvəlindən bəri qeydə alınan rekord göstəricidir.

“Litva ilə sərhəddə bəzi nəzarət-buraxılış məntəqələrinin bağlanması, marşrutların sayının azalması və qonşu ölkələrin giriş normalarına məhəl qoymaması Avropa İttifaqına keçmək üçün gözləmə vaxtının xeyli artmasına səbəb olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü il avqustun 18-dən bəri Litvanın Belarusla sərhədindəki keçid məntəqələrinin əksəriyyəti bağlanılıb. Hazırda iki ölkə arasında yalnız iki nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Polşa-Belarus sərhədində isə yalnız bir buraxılış məntəqəsi işini davam etdirir.