logo

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb

14:54 14-03-2024 | icon 1575
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 1 nəfər ölüb

Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.

YeniAvropa xəbər verir ki, hadisə Türkiyə Silahlı Qüvvələrinin Konyadakı üçüncü əsas Jet bazasında baş verib. Təyyarə qəzaya uğramazdan əvvəl pilotun paraşütlə tullandığı bildirilir.

Hadisənin baş verdiyi bölgəyə çox sayda xilasedici briqada cəlb olunub.

Konya vilayətinin valisi Vahdettin Özkanın sözlərinə görə hərbi təyyarənin düşdüyü ərazi inşaat sahəsi olub. Burada tikinti texnikasını işlədən bir əməkdaş qəza nəticəsində ölüb.