logo

Ukrayna-Rusiya sərhəddində şiddətli döyüşlər gedir

14:14 14-03-2024 | icon 1330
Ukrayna-Rusiya sərhəddində şiddətli döyüşlər gedir

Kursk vilayətinin Tyotkino qəsəbəsində Ukrayna diversiya-kəşfiyyat qrupu ilə Rusiya Milli Qvardiyası (Rosqvardiya), Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri arasında döyüşlər gedir.

YeniAvropa xəbər verir ki, bu barədə "Rosqvardiya"nın mətbuat xidməti məlumat yayıb.

Regionun qubernatoru Roman Starovoyt əhaliyə müraciət edərək diqqətli olmağa, şübhəli şəxslər, sahibsiz əşyalar barədə məlumat verməyə çağırıb.

Eyni zamanda, qubernator bölgədə PUA təhlükəsi olduğunu, hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Kursk vilayəti Ukraynanın şimalındakı Sumı və Xarkov vilayətləri ilə həmsərdədir.