logo

UEFA Konfrans Liqası: “Fənərbağça” “Union”a qarşı

12:12 14-03-2024 | icon 700
UEFA Konfrans Liqası: “Fənərbağça” “Union”a qarşı

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, “Fənərbağça” doğma meydanda Belçika təmsilçisi “Union”u qəbul edəcək. Komandalar arasında baş tutan ilk görüşdə Türkiyə klubu 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Eyni saatda Azərbaycan millisinin üzvü Mahir Emrəlinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” kollektivi səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. İlk görüş zaqreblilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Konfrans Liqası

1/8 final, cavab oyunları

14 mart

21:45. “Fiorentina” - “Makkabi” Hayfa”

İlk oyun - 4:3

21:45. “Viktoriya Plzen” - “Servett”

İlk oyun - 0:0

00:00. “Aston Villa” - “Ayaks”

İlk oyun - 0:0

00:00. “Brügge” - “Molde”

İlk oyun - 1:2

00:00. “Lill” - “Şturm Qraz”

İlk oyun - 3:0

00:00. “Makkabi” Təl-Əviv - “Olimpiakos”

İlk oyun – 4:1