logo

UEFA Çempionlar Liqası:1/4 finalın bütün iştirakçıları bəlli olub

10:40 14-03-2024 | icon 672
UEFA Çempionlar Liqası:1/4 finalın bütün iştirakçıları bəlli olub

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adları məlum olub.

YeniAvropa xəbər verir ki, bunlar “Barselona”, “Real Madrid”, “Atletiko Madrid” (hər üçü İspaniya), “Bavariya”, “Borussiya Dortmund” (hər ikisi Almaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə) və PSJ (Fransa) kollektivləridir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.