logo

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbə ömürlük veriləcək

12:32 13-03-2024 | icon 567
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. Vergi orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan şəxslər ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

YeniAvropa xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilməyəcək.

Eyni zamanda, vergi orqanının vəzifəli şəxslərinin dövlət vəsaiti hesabına təhsil almaq və təlimlərdə iştirak etmək, əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozulmalarına səbəb olmursa) hüquqları var.