logo

Xankəndidə silah-sursat aşkarlanıb

11:55 13-03-2024 | icon 574
Xankəndidə silah-sursat aşkarlanıb

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.