logo

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

10:40 13-03-2024 | icon 616
Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

Azərbaycan millisinin mart ayında Bakıda keçirəcəyi “FIFA series – Edition 2024” turnirindəki oyunlarının biletləri satışa çıxarılıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aşağı kateqoriyalı biletlərin qiymətləri 2, 5,10, VİP biletlər isə 20 və 30 manatdır.

Azarkeşlər biletləri “iTicket.az”, “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2 və 4 saylı ASAN xidmət mərkəzləri, həmçinin 1 saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq. Yığma martın 25-i eyni saatda və eyni məkanda Bolqarıstanla üz-üzə gələcək.