Xarici ölkələrdə 28 "Azərbaycan evi" fəaliyyət göstərir
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib.
Komitədən YeniAvropa-ya bildirilib ki, 2024-cü ilin fəaliyyət planına həsr olunan geniştərkibli kollegiya iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollegiya iclasını açıq elan edən sədr Fuad Muradov komitənin və Azərbaycan diasporunun 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində xaricdəki Azərbaycan icmalarının fəaliyyəti barədə danışıb. Bildirilib ki, ötən il 69 ölkədə 200-dən çox müxtəlif xarakterli tədbir həyata keçirilib, Azərbaycan evlərinin sayı 28-ə çatıb, diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, ana vətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlar atılıb.
2024-cü ildə Azərbaycan evlərinin, həftəsonu məktəblərinin əhatə dairəsinin genişləndirilməsinin, ölkəmizdə və xaricdə beynəlxalq miqyaslı tədbirlərin təşkilinin diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib.
Lobbiçilik fəaliyyətinin, beynəlxalq mediaya çıxış imkanlarının daha da gücləndirilməsi, diaspor üzvlərinin, xarici jurnalistlərin, tarixçilərin Qarabağa səfərlərinin davam etdirilməsinin önəmi qeyd olunub, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirlərin diaspor arasında da təbliğ olunması xüsusi vurğulanıb.
İclasda Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, Məhəmməd Əmin Rəsulzadənin 140 və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.
Daha sonra Komitə Aparatının müvafiq şöbələrinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Qeyd olunub ki, ötən il komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar, forumlar keçirilib, onlarla kitab və jurnal nəşr olunub, sənədli filmlər hazırlanıb, disklər buraxılıb.
Azərbaycan həqiqətlərinin beynəlxalq hüquq müstəvisinə çıxarılması, dezinformasiyaların qarşısının alınması məqsədilə diaspor təşkilatlarının dünya ictimaiyyətinə yüzlərlə müraciət və bəyanat ünvanladığı bildirilib.
Kollegiya iclası 2024-cü ilin fəaliyyət planının müzakirəsi və ötən il dövlət başçısının sərəncamı ilə təltif olunan komitə əməkdaşlarına medalların təqdim olunması ilə yekunlaşıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır