logo

Azərbaycanda qohum evliliklərinə qadağa qoyulur?

13:13 12-03-2024 | icon 616
Azərbaycanda qohum evliliklərinə qadağa qoyulur?

Qohum evlilikləri strateji məsələ olaraq bizim genefondumuza təsir edir. Cəmiyyət baxımından isə öz gələcəyimizə təsir edir. Bu evliliklər nəticəsində doğulmuş xəstə, əlil uşaqlar iztirab çəkirlər.

YeniAvropa xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai dinləmədə söyləyib.

Sektor müdiri xəstə doğulmuş uşağın, həmçinin ailə üçün həm mənəvi, həm də maddi çətinliyin yaranmasına gətirib çıxardığını qeyd edib.

“Bu, nəinki dövlətin, hər birimizin problemidir. Məsələnin kökü ona dayanır ki, problemin qarşısını almaq üçün nə edə bilərik. İkinci və üçüncü dərəcəli qohum evliliklərinə qadağa qoyulması məsələsi gündəmə gətirilir. Bu, kifayət qədər yayılmış məsələdir. Ancaq bu məsələnin sosial tərəfi də var. Hər kəs istəyir ki, tanıdığı insanlarla ailə qursun”, - deyə sektor müdiri bildirib.