logo

Əliyevlə Tokayev Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

12:12 12-03-2024 | icon 581
Əliyevlə Tokayev Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Martın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb

Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.