logo

İndiyədək "AÇG" və “Şahdəniz”dən 

432 milyard m3 qaz hasil edilib

11:55 12-03-2024 | icon 651
İndiyədək "AÇG" və “Şahdəniz”dən 
432 milyard m3 qaz hasil edilib

Cari ilin yanvar-fevral ayları ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 4,5 milyard kubmetri “Şahdəniz”, 0,3 milyard kubmetri “Abşeron”, 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz və ya 240 milyon kubmetr artımla qaz hasil edilib.

Bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,8 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 6 faiz artımla 218,5 milyard kubmetr, “Şahdəniz”dən isə 14,2 faiz artımla 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 41 faizi, yəni 151,5 milyard kubmetri ixraca nəql edilib.