logo

Bakı Su Həftəsi işə başlayıb

10:50 12-03-2024 | icon 798
Bakı Su Həftəsi işə başlayıb

Bu gün Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi işə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilib. 

Bakı Su Həftəsinin təşkil edilməsində məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Bakı Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.