logo

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılıb

10:40 12-03-2024 | icon 1302
NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılıb

NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveçin dövlət bayrağının qaldırılmasına həsr olunan mərasim keçirilib. 

YeniAvropa xəbər verir ki, mərasimdə digər qonaqlarla yanaşı, vəliəhd şahzadə Viktoriya, İsveçin hökumət üzvləri, müxalifət liderləri və NATO-nun 32 ölkəsinin səfirlərinin iştirak ediblər. Tədbirdə İsveçin dövlət himni və Şimali Atlantika Alyansının (NATO) himni səsləndirilib.

İsveçin dövlət bayrağı İspaniya və Türkiyə bayraqları arasında dalğalanmağa başlayıb.

Alyansın baş katibi vəzifəsini icra etdiyi dövrdə Monteneqro, Şimali Makedoniya və Finlandiyanın alyansa qoşulmasına şahidlik edən NATO-nun baş katibi Yens Stoltenberq üçün İsveçin NATO-ya üzv qəbul edilməsi xüsusi hadisəyə çevrilib.

“Bu, NATO və ən azı Şimal ölkələrinin əməkdaşlığı üçün mühüm gündür. İsveçin üzvlüyü sayəsində Şimal regionu güclənir. Kalmar Birliyindən bəri(1397-1523-cü illərdə Danimarka krallarının ali hakimiyyəti altında Danimarka, Norveç və İsveç krallıqlarının birliyi) ilk dəfə Şimali Avropa ölkələri ümumi müdafiə gücünə sahibdirlər",-deyə Yens Stoltenberq vurğulayıb.