logo

Şamaxıda 30 sm qar yağıb

10:10 12-03-2024 | icon 861
Şamaxıda 30 sm qar yağıb

Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu gün səhər saatlarda da davam edib.

YeniAvropa xəbər verir ki, qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.

Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.

İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Brovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı bildirilir.