logo

Boksçumuz Dünya Kubokunun qalibi olub

13:13 11-03-2024 | icon 868
Boksçumuz Dünya Kubokunun qalibi olub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, milli komandamız yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Zidan Hümbətov Dünya Kubokuna yiyələnib. 51 kiloqramda mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqramda) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.