logo

Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəlib

12:12 11-03-2024 | icon 679
Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəlib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycana dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.