logo

Ələsgər Məmmədli və Ruslan İzzətli həbs olundu - 4 ay

10:30 11-03-2024 | icon 1071
Ələsgər Məmmədli və Ruslan İzzətli həbs olundu - 4 ay

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) 4 ay müddətinə həbs olunub. 

YeniAvropa  xəbər verir ki, ötən gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Prosesdə Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edilib.

Ötən gün Xətai rayon Məhkəməsində həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılıb. Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.