logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb

09:49 11-03-2024 | icon 581
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 110 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 319 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.