logo

III Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib

13:31 09-03-2024 | icon 4907
III Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib.

İdarədən YeniAvropa-ya bildirilib ki, BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsi 20 nömrəli məktəb-liseydə təşkil olunub.

Olimpiadanın I mərhələsində iştirak etmək üçün 672 şagird elektron qeydiyyatdan keçib.

IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II - final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.