logo

Bakıda İslamofobiyaya qarşı mübarizəyə həsr edilən beynəlxalq konfrans keçirilir

11:11 09-03-2024 | icon 700
Bakıda İslamofobiyaya qarşı mübarizəyə həsr edilən beynəlxalq konfrans keçirilir

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans işini davam etdirir.

YeniAvropa xəbər verir ki, “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusuna həsr edilmiş plenar iclasa “Haider Global BVBA Brüssel” şirkətinin baş direktoru Səccad Kərim moderatorluq edir.

Qeyd edək ki, beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilir.

Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edir.