logo

Qaxda 22 sm qar yağıb

09:09 09-03-2024 | icon 1253
Qaxda 22 sm qar yağıb

Martın 9-u saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qaxda 22, Şərur, Şahdağda 2 santimetr olub.

Düşən yağıntının miqdarı Qaxda 20, Oğuzda 9, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi martın 8-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 metr/saniyəyədək güclənib.

Neft Daşları Hidrometeoroloji Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.