logo

SOCAR Ukraynada sosial layihələrə 6 milyon dollar sərmayə qoyub

14:34 07-03-2024 | icon 1687
SOCAR Ukraynada sosial layihələrə 6 milyon dollar sərmayə qoyub

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.

Şirkətdən YeniAvropa-ya verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına 6 milyon dollardan çox sərmayə qoyub və cəmiyyətə müsbət dəyişikliklər gətirməkdə, işlədiyi icmalara qayğı göstərməkdə davam edir.

“SOCAR Energy Ukraine” bu il də yeni sosial layihələri maliyyələşdirməyi planlaşdırır.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergiödəyicisi kimi ilk 10-luqda yer alıb.