logo

Qarabağda biznesə ayrılan kreditlərə 90 % dövlət zəmanəti veriləcək

13:57 07-03-2024 | icon 1372
Qarabağda biznesə ayrılan kreditlərə 90 % dövlət zəmanəti veriləcək

Qarabağda biznesə verilən kreditlərə 90 faiz həcmdə dövlət zəmanəti veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Qarabağ iqtisadi zonasında sahibkarlığa veriləcək kreditlərə dövlət tərəfindən risklərin 90 faizi həcmində zəmanətin verilməsinə qərar verilib: "Artıq biz əminliklə deyə bilərik ki, Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydaların bütün digər sahələrdə olduğu kimi maliyyə sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq”.