logo

Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi təyin edilib

13:31 07-03-2024 | icon 1414
Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi təyin edilib

Prezident İlham Əliyev martın 7-də “Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.