logo

Bakıda Novruz bayramı ilə əlaqədar ümumşəhər iməciliyi keçiriləcək

10:30 07-03-2024 | icon 896
Bakıda Novruz bayramı ilə əlaqədar ümumşəhər iməciliyi keçiriləcək

Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda ümumşəhər iməciliyi keçiriləcək.

Bu barədə YeniAvropa-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iməcilik “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb: “Gəlin, Novruzu təmiz şəhərlə qarşılayaq”.