logo

UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

09:09 07-03-2024 | icon 1526
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinin ilk görüşündə Bakıda Almaniyanın “Bayer” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də start götürəcək.

Oyunun baş hakimi fransalı Benua Bastyen olacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.