logo

Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb

17:37 06-03-2024 | icon 1708
Mixail Mişustinin Azərbaycana səfəri başa çatıb

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfəri martın 6-da başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər yola salıblar.