logo

Sinoptiklərdən güclü külək, yağış və qar xəbərdarlığı

15:35 06-03-2024 | icon 1554
Sinoptiklərdən güclü külək, yağış və qar xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Martın 7-si gündüzdən 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 metr/saniyəyədək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.