logo

Azərbaycanda ötən il 54200 nikaha daxilolma halı qeydə alınıb

12:52 06-03-2024 | icon 791
Azərbaycanda ötən il 54200 nikaha daxilolma halı qeydə alınıb

2023-cü il ərzində Ədliyyə Nazirliyinin rayon və qeydiyyat şöbələri tərəfindən ölkədə 54200 nikaha daxilolma və 21688 boşanma halları qeydə alınıb.

YeniAvropa Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), Şirvan, Salyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.