Sabah Bakı metrosu gecə 1-dək işləyəcək
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasında 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq.
“Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq. Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında tətbiq ediləcək.
Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 00:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq”, - deyə məlumatda bildirilib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır