logo

9 boksçumuz İtalyada Paris Olimpiyadasına lisenziya uğrunda yarışır

09:53 06-03-2024 | icon 1176
9 boksçumuz İtalyada Paris Olimpiyadasına lisenziya uğrunda yarışır

Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

YeniAvropa xəbər verir ki, 63,5 kiloqram çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.

İdmançı rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

T.Əliyevədək Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da 1/16 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə yollanıb.