logo

Tbilisidə keçirilməsi planlanan “OpenTalks.AI” konfransı ləğv edilib

11:55 04-03-2024 | icon 1967
Tbilisidə keçirilməsi planlanan “OpenTalks.AI” konfransı ləğv edilib

Martın 6-7-də Tbilisidəki “Pullman Tbilisi Axis Towers” otelində keçirilməsi nəzərdə tutulan “OpenTalks.AI konfransı” son anda ləğv olunub.

YeniAvropa xəbər verir ki,  bununla bağlı “Pullman Tbilisi Axis Towers” oteli bəyanat yayıb. Bəyanatda deyilir ki, “OpenTalks.AI konfransı” haqqında əlavə məlumat əldə edildikdən sonra bu tədbirin otelin ərazisində keçirməmək qərara alınıb.

Bu qərar potensial maliyyə təsirindən asılı deyil. “OpenTalks.AI konfransı”nı ləğv etmək qərarı “Pullmanın” beynəlxalq əməkdaşlıq və dəyərlərə sadiqliyi və sarsılmaz dəstəyi ilə bağlıdır. Media isə yazır ki, tədbirin ləğvinə konfransda iştirak edəcək qonaqların siyahısında sanksiya altındakı Rusiya təşkilatlarının nümayəndələrinin adlarının olmasıdır.

Qeyd edək ki, konfrans 2018-ci ildən Rusiyada keçirilir, lakin ötən il görüş yeri İrəvan olub. Bu il təşkilatçılar Gürcüstanda geniş proqram - konfransdan əlavə ekskursiyalar, dequstasiyalar və xizək turu vəd edirdilər.