logo

Azərbaycanda TÜRKPA-nın plenar iclası keçiriləcək

11:33 04-03-2024 | icon 2191
Azərbaycanda TÜRKPA-nın plenar iclası keçiriləcək

TÜRKPA-nın plenar iclası bu ilin iyun ayında Azərbaycanda keçiriləcək.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının martın 4-də Bakıda təşkil olunan XI iclasında deyib.

Onun sözlərinə görə, TÜRKPA yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin möhkəmələndirilməsində böyük addımlar atıb: "Biz də parlamentarilər olaraq qanunvericilikdə uyğunlaşdırma və inteqrasiyaların yaradılması üçün fəaliyyət göstəririk. Bugünkü iclasın gündəliyinə elm və texnologiyaların inkişafına, onların qanunvericilik aktlarının hazırlanmasına və həmçinin bir-birinə yaxınlaşdırılmasına həsr olunub. İstər universitetlər, istərsə də elm və texnologiya mərkəzləri arasında əlaqələr mövcuddur. Lakin onların bir-birinə inteqrasiyası üçün qanunvericilikdə də yeniliklərə ehtiyac var".

Ə.Əmiraslanov bildirib ki, TÜRKPA-nın komissiyalarının sayı artırılmalıdır: "Bu məsələ həm burada, həm də plenar iclaslarımızda müzakirəyə çıxarılmalıdır".