logo

TÜRKPA-nın komissiya iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

11:22 04-03-2024 | icon 2051
TÜRKPA-nın komissiya iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasının iştirakçıları martın 4-də Şəhidlər xiyabanını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib və məzarları üzərinə güllər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Qonaqlar “Türk şəhidliyi” abidəsini də ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda mübarizədə canlarından keçmiş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər düzüblər.