logo

Xankəndidə 3,8 kq narkotika aşkarlanıb

11:11 04-03-2024 | icon 735
Xankəndidə 3,8 kq narkotika aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 11 tüfəng, 7 qumbara, 3 alışdırıcı, 25 patron darağı, müxtəlif çaplı 1718 patron və digər sursatlar aşkar olunaraq götürülüb.