logo

“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq

12:32 02-03-2024 | icon 875
“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq

Qaz abonentləri üçün ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İB-nin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Buna görə də ödəniş sistemi bu gün saat 22:00-dan sabah saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.