logo

“Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb

12:12 01-03-2024 | icon 1113
“Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Ağdam klubundan YeniAvropa-ya verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.