logo

UEFA “Qarabağ”ın futbolçusu və məşqçisini cəzalandırıb

11:55 01-03-2024 | icon 1071
UEFA “Qarabağ”ın futbolçusu və məşqçisini cəzalandırıb

UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı Bakıda keçirilmiş cavab matçında qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və köməkçisi məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, həm müdafiəçi, həm də Qurban Qurbanovun köməkçisi bir oyunluq cəzalanıb. Onlar 1/8 finalda Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qarşı ilk görüşdə Ağdam təmsilçisinə kömək etməyəcəklər.

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao isə sarı vərəqə limitini doldurduğu üçün leverkuzenlilərlə ev oyununu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.