logo

“IrAero” gələn aydan Omsk-Bakı aviareysini yerinə yetirəcək

11:33 01-03-2024 | icon 1596
“IrAero” gələn aydan Omsk-Bakı aviareysini yerinə yetirəcək

Rusiyanın “İrAero” aviaşirkəti aprel ayında Omskdan Bakıya birbaşa reysə başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Omsk aeroportu” məlumat paylaşıb.

““IrAero” şirkəti Omsk-Bakı birbaşa aviareysinin bilet satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də baş tutacaq”, - deyə məlumatda bildirilir.

Uçuş proqramı oktyabrın 22-dək bəyan edilib. Reyslər həftədə bir dəfə SSJ 100 təyyarəsi ilə həyata keçiriləcək.

Bakıdan uçuş bazar ertəsi yerli vaxtla 21:20-də həyata keçiriləcək, Omsk şəhərinə eniş çərşənbə axşamı saat 02:50-də olacaq. Omskdan təyyarə çərşənbə axşamı saat 04:00-da qalxacaq, saat 05:30-da Heydər Əliyev Hava Limanına eniş edəcək.

Həmçinin, aeroportun məlumatında qeyd olunub ki, son dəfə Omsk-Bakı reysi 2014-cü ildə həyata keçirilib.