Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Türkiyəyə səfərə gedib.
YeniAvropa Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Qeyd edilib ki, 3 gün davam edəcək səfər çərçivəsində A.Mirzoyanın bu gün işinə başlayacaq Antalya Diplomatiya Forumunda iştirakı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.