logo

Albaniyanın baş naziri Azərbaycana işgüzar səfərə gəlib

09:01 01-03-2024 | icon 756
Albaniyanın baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının bBaş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.