logo

Sabah Salyan və Neftçalanın 27 kəndində qaz olmayacaq

22:12 29-02-2024 | icon 1050
Sabah Salyan və Neftçalanın 27 kəndində qaz olmayacaq

Sabah Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, "Qaz İxrac" idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqəti qaz sayğacı ilə əvəzlənməsi məqsədilə martın 1-i 14:00-dan 16:00-dək “Şorsulu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə martın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.