logo

Lənkəranda ağır avtoqəza:1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

21:35 29-02-2024 | icon 1008
Lənkəranda ağır avtoqəza:1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Qəza nəticəsində sürücü ölüb. İki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.