logo

Kreml İrəvan və Bakını təmkinli olmağa çağırır-Peskov

17:57 13-02-2024 | icon 742
Kreml İrəvan və Bakını təmkinli olmağa çağırır-Peskov

Moskva İrəvan və Bakını vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Sözsüz ki, bu, təmas xəttindən gələn həyəcanlı xəbərlərdir. Qarşı tərəfin təxribat saya biləcəyi hər cür hərəkətlərdən hər vasitə ilə çəkinmək üçün hər iki tərəfi təmkinli olmağa çağırırıq”, - deyə Peskov bildirib.

O əlavə edib ki, Moskva hadisələrin gedişini “çox diqqətlə müşahidə edəcək və hər iki tərəflə təmasları davam etdirəcək”.

Kremlin təmsilçisi hesab edir ki, bu cür hadisələr sülh sazişi üzrə danışıqların irəliləməsinə kömək etməyəcək.