logo

Sumqayıtda gimnaziyada külli miqdarda mənimsəmə aşkarlanıb

17:17 13-02-2024 | icon 1421
Sumqayıtda gimnaziyada külli miqdarda mənimsəmə aşkarlanıb

Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Sumqayıt şəhər Prokurorluğundan YeniAvropa-ya  verilən məlumata görə, araşdırmalarla qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə olunması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.